"Qarabağ"ın əməliyyatdan çıxan müdafiəçisi "Braqa"ya qarşı oynayacaq?

5 Yanvar 02:50 Qarabağ 2 008
"Qarabağ"ın əməliyyatdan çıxan müdafiəçisi "Braqa"ya qarşı oynayacaq?

Dekabrın 12-də Finlandiyada əməliyyat olunan "Qarabağ"ın müdafiəçisi Kevin Medinanın reabilitasiyası davam edir.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı yanvarın 5-də Ağdam klubunun düşərgəsinə komandaya qayıdacaq və orada fizioterapevtin rəhbərliyi altında çalışacaq.

"Qarabağ" 30 yaşlı futbolçunu fevralın 15-də keçiriləcək Avropa Liqasının pley-off mərhələsininin “Braqa” ilə görüşünə hazırlamaq üçün səfərbər olub.

Ölkə çempionunun məşqçilər korpusu da Medinanın həmin oyuna çatmasını istəyir. Amma Kevinin bu matçlarda meydana çıxıb-çıxmayacağı həmin ərəfədə bəlli olacaq.

Komandalar arasında cavab matçı fevralın 22-də Tofiq Bəhramov stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti