"Məndən heç vaxt oyunçular haqda pis bir şey eşitməyəcəksiz"

17 Avqust 2023 08:40 Sabah 1 388
"Məndən heç vaxt oyunçular haqda pis bir şey eşitməyəcəksiz"

"Partizan" Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyunu şərçivəsində bu gün "Sabah"ı qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, Belqrad təmsilçisinin baş məşqçisi İqor Dulyay ehtiyatlı oynayacaqlarını bildirib:

"Qorxduğumuz üçün deyil, arxayınlaşmamaq üçün ehtiyatlı olacağıq. Burada olan futbolçular bilirlər ki, onlar "Partizan"a gəliblər.

Rəqibimiz çempionatdakı oyununu təxirə salıb. Biz isə bunu etmədik, çünki oyunlara belə hazırlaşırıq.

İstəyirəm ki, sonradan gələn oyunçular komandaya uyğunlaşsın. Biz bunu oyunlar vasitəsilə edirik.

İlk matç hər cəhətdən faciə idi, amma məsuliyyəti öz üzərimə götürürəm. Heç vaxt məndən oyunçular haqqında pis bir şey eşitməyəcəksiz.

Onlara inanıram və onlar da bizim etdiklərimizə inanırlar. "Baçka Topola", "Novi Sad", "Radniçkiyə" qarşı matçlarda olduğu kimi, yenə də azarkeşlərin dəstəyinin olması vacibdir.

Futbolçular səhv etsələr belə, onlara dəstək olun, bilirəm ki, onlar əllərindən gələni edəcəklər. Öncə iki top fərqini aradan qaldırıb daha sonra üçüncü qolun arxasınca getməliyik.

Azarkeşləri bir daha oyuna dəvət edirəm, çünki bu uşaqlar dəstəyə layiqdirlər. "Sabah"ın əla üstünlüyü var. Amma qapalı oynayacaqlarını düşünmürəm.

Onlar yaxşı baş məşqçiyə və yaxşı oyunçulara sahibdirlər. Bizi də yaxşı analiz etmişdilər.

İnanıram ki, ilk qol vuran tərəf biz olacağıq. Bu, olmasa belə, davam edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti