"Azərbaycan üzərində qələbə heç kimi məmnun etmir"

20 Noyabr 2019 17:32 Milli komanda 572
"Azərbaycan üzərində qələbə heç kimi məmnun etmir"

Slovakiya millisinin üzvü Milan Şkrinyar AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fkirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi 2:0 hesabıyla bitən qarşılaşmanı belə şərh edib:

“Sanki başqa oyunda qələbə qazanmışıq, nəticə heç kimi məmnun etmirdi. Paralel keçən matçın nəticəsi bizə kömək etmədi.

Seçmə mərhələdəki nəticələrimiz daha yaxşı ola bilərdi. Uelslə ev oyunundakı nəticəyə görə çox təəssüflənirəm. Düşünmürəm ki, komandamız zəifdir.

Azərbaycanla matçda 1:0 hesabı ilə öndə olduqdan sonra da nəzarət bizdə idi. Rəqib müdafiəyə qapanmışdı və onu yarmaq asan deyildi. Daha sonra ikinci qolumuzu da vurduq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı