"Azərbaycana 3:0 və ya 4:0 hesabı ilə qalib gəlmədiyimiz üçün narazıdırlar"

20 Noyabr 2019 17:04 Milli komanda 607
"Azərbaycana 3:0 və ya 4:0 hesabı ilə qalib gəlmədiyimiz üçün narazıdırlar"

Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsinin son turunda evdə Azərbaycanı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra yerli mətbuata müsahibə verib.

Sportinfo.az həmin müsahibəni təqdim edir.

- Qalib gəlsək də, bizə sevinc gətirməyən bu oyunu necə şərh edərdiz?

- Oyuna yaxşı başladıq. Fasiləyə qədər aşkar üstünlüyümüz var idi. Azərbaycanın daha sıx oynayacağını, yaxşı müdafiə olunacağını, hansısa yolla bizə mane olacağını gözləyirdik. Düşünürəm ki, vurduğumuz qol bizi həddindən artıq sakitləşdirdi. Ona görə də ikinci hissənin əvvəli o qədər də ürəkaçan deyildi. Görünür, Uelsin qələbə qazanması da bunda rol oynadı. Buna baxmayaraq, ikinci qolu da vurduq. Halbuki Azərbaycanın buna qədər hesabı bərabərləşdirmək üçün əla şansı olmuşdu. Həmişə dediyim kimi, nisbətən zəif rəqiblərlə oynayanda belə onların qol fürsətləri olur. Azərbaycan da bunu dünən etdi. Həmin epizodda isə Martin Dubrovka bizə kömək oldu və seçmə mərhələni qələbə ilə başa vurduq. Bu, azarkeşlərimizlə yaxşı əhval-ruhiyyədə sağollaşmaq üçün vacib idi. Yenə də məyusuq ki, öz taleyimizi özümüz həll edə bilmədik.

- Oyundakı müsbət məqamlardan biri şübhəsiz, meydanda öz işini mükəmməl yerinə yetirən "Jilina"nın gənc hücumçusu Robert Bojenikin çıxışı oldu. Onun oyununu necə qiymətləndirirsiz?

- Görünən odur ki, düzgün qərar verdik. Təəssüf ki, çox hücumçumuz yoxdur. Şadıq ki, Bojenik müntəzəm olaraq oynayır və qollar vurur. Azərbaycana da vacib qol vurdu. Gənc komandamız var. Heyətə bacardığımız qədər gənc futbolçuları cəlb etməyə çalışırıq. Başqa yolumuz yoxdur.

- İkinci hissədə tribunalardan azarkeşlərin uğultusu və fit səsləri eşidildi. Bu haqda nə deyə bilərsiz?

- Əlbəttə, insanlar 3:0 və ya 4:0 hesabı ilə qalib gəlmədiyimiz üçün narazdırlar. Təəssüf ki, bu cür nəticəyə nail ola bilmədik. Azarkeşlərimizin bizi dəstəkləməsini istərdim. Hamı düşünürdü ki, Azərbaycan gələcək və biz onlara 5 qol vuracağıq. Təəssüf ki, hər şey bu qədər asan deyil. Əvvəlki oyunlarına baxmısızsa, onların nadir hallarda böyük hesabla uduzduğunu görə bilərsiz. Hətta xorvatlara da Azərbaycanla oyunda asan olmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı