"Azərbaycana bir qol belə, vura bilmədik"

19 Noyabr 2019 12:54 Milli komanda 634
"Azərbaycana bir qol belə, vura bilmədik"

Rusiya millisinin sabiq futbolçusu Roman Şirokov ölkəsində uşaq futbolunun biabırçı vəziyyətdə olmasından danışıb. Sportinfo.az "Rossiyskaya qazeta"ya istinadən xəbər verir ki, AÇ-2008-in Avropa çempionu bir neçə ay əvvəl keçirilmiş 19 yaşlılar arasında Rusiya - Azərbaycan matçı haqqında da fikirlərini bildirib:

"Bu yaxınlarda bizim U-19 yığmasının oyunlarını izlədim. Yumuşaq desəm, bu sadəcə rəzalət idi. Biz evdə Azərbaycan, İrlandiya və Rumıniya ilə qarşılaşdıq. Komandamız 2 oyunda uduzdu, birində də heç-heçə etdi. Həm də 1 qol belə vura bilmədik".

Xatırladaq ki, bu ilin martında 19 yaşlılardan ibarət milli komandamız Avropa çempionatının elit-raundunda rusiyalı həmyaşıdları ilə bərabərə qalıb - 0:0. Ancaq komandamız digət iki görüşdə məğlub oldu və qrupdan çıxa bilmədi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!