U-21 yığmamız Ukraynaya uduzmadı

19 Noyabr 2019 20:00 Milli komanda 1 056
U-21 yığmamız Ukraynaya uduzmadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Milan Obradoviçin başçılıq etdiyi kollektiv Bakıda Ukrayna seçməsi ilə üz-üzə gəlib. "Dalğa Arena"dakı matç olduqca maraqlı alınıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir dəfə fərqlənib - 1:1.

Yoldaşlıq oyunu

19 noyabr

Azərbaycan - Ukrayna 1:1

Qollar: Ozan Can Kökçü, 48 - Nazari Rusin, 65

Hakimlər: Orxan Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rəvan Həmzəzadə

Bakı, "Dalğa Arena"

Azərbaycan: Kamran İbrahimov(Nicat Mehbalıyev, 46), Amin Seydiyev, Turan Manafov, Rövlan Muradov(Rafael Məhərrəmli, 54), Səbuhi Abdullazadə(Musa Qurbanlı, 54), Murad Qayalı, Şakir Seyidov(Nihad Tamazov, 90), Ozan Can Kökcü, İsmayıl İbrahimli (k), Ömər Buludov(Elçin Mustafayev, 46), Süleyman Əhmədov(Barış Ekincier, 46)

Baş məşqçi: Milan Obradoviç.

Ukrayna: Vladislav Kuçeruk, Aleksey Baykov, Denis Popov, Roman Vantux, Mikola Şaparenko (k), Aleksandr Nazarenko(Boqdan Lednev, 84) Viktor Kornienko, Nazari Rusin, Maksim Çex, Andrey Kravçyuk, Sergey Buleça(Vladislav Supryaqa, 67)

Baş məşqçi: Ruslan Rotan.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı