Qalsın-qalmasın…  "Hara, nə ilə, necə və niyə" sualları

19 Noyabr 2019 11:30 Milli komanda 1 019
Qalsın-qalmasın…  "Hara, nə ilə, necə və niyə" sualları

"Əldə etdiyimiz xallardan mən də razı deyiləm. Bizdə 2-3 keyfiyyətli oyunçu çatışmır. Komandadakı durumumla bağlı nəsə deyə bilmərəm. Müqaviləm gələn ilin fevral ayına qədər qüvvədədi. Özüm və ailəm Bakını və Azərbaycanı bəyənirik. Gələcəklə bağlı başqa nəsə deyə bilmərəm”.

Nikola Yurçeviç Slovkiya ilə oyunqabağı qeyri-müəyyənlik dolu açıqlama verir. Avropa çempionatının seçmə mərhələsində 1 xal toplayan və bu gün Slovakiyaya uduzması gözlənilən millimizin baş məşqçisi istefa vermək fikrində olmadığını hiss etdirir.

Xorvatiyalı AFFA rəhbərliyi ilə hələ görüşməsə də, aydın məsələdir ki, gələcəyi baxımından narahatdır. Qalacaqsa və ya yola salınacaqsa, məncə, qərar indidən verilməlidir. Əslində, onun qalması, ya getməsi bu gün heç əsas məsələ də deyil. Vacib olan ONA münasibət və ONUN yanaşma tərzidir.

Kimliyindən asılı olmayaraq, məşqçi hesabat verməyincə, qarşısında ciddi vəzifələr qoyulmayınca, vəziyyət düzəlməyəcək. Amma heç bu da ən ümdə vəzifə deyil. Məsələ futbolumuza ümumi yanaşmadır. AFFA-nın büdcəsinin yarısı "milli" adına sərf olunur.

Bu vəsait, sadəcə, komandanın yarışlara çıxmasına, hazırlığına və futbolçuların mükafatlarına sərf olunacaqsa, bu fikirdən artıq vaz keçmək zamanıdır. Onu minimallaşdırıb, konkret strateji və konseptual hədəflərə köklənmək lazımdır.

Qurban Qurbanov təyin ediləndə, belə bir şansa ümid yarandı. Lakin aşağıdan yuxarı qurulan məşqçilər korpusunun fəaliyyəti özünü yenə plansızlıq və kortəbiilik üzündən tam doğrultmadı. Çünki AFFA Qurbanova şans tanımadı,

Millətlər Liqasından bir müddət sonra müqaviləsinə birtərəfli xitam verdilər. Ona göz açdırmadılar, hər məqamda "ayağının altını qazdılar". Getməsi üçün bəzən açıq, bəzən üstüörtülü şəkildə həmlələr, hücumlar təşkil etdilər. Gülə-gülə "torba"sını tikdilər.

AFFA-nın bu məsələlər barədə ciddi düşünməsinin zamanı ötür. İldən-ilə yaxşı nəticələrin uğur ilğımları ilə zaman ötüşməyəcək. Ciddi, ardıcıl və davamlı iş qurulmayınca, futboldan ciddi danışmaq mümkün olmayacaq.

Bu gün Slovakiyada əldə olunan ən yüksək nəticənin belə heç bir əhəmiyyəti yoxdur. Düşünmək üçün zaman da qalmayıb. Azərbaycan futbolu klub və milli komandalarının beynəlxalq arenadakı, üstəgəl, aşağı yaş qruplarındakı çıxışlar düşündürməlidir: futbolumuz hara aparılır, nə ilə aparılır, necə aparılır, niyə aparılır?

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"