"Dinamo"nun baş məşqçisi Şeydayevdən danışdı

18 Noyabr 2019 17:52 Milli komanda 1 072
"Dinamo"nun baş məşqçisi Şeydayevdən danışdı

Moskva "Dinamo"sunun baş məşqçisi Kirill Novikov geniş müsahibə verib. Sportinfo.az "Sport Ekspress"ə istinadən xəbər verir ki, Rusiya klubunun çalışdırıcısı millimizin üzvü Ramil Şeydayev haqqında da danışıb.

Həmkarımızın "hücum xəttində olan yenilərdən Nji, Şimanski, Filipp və Şeydayev dördü bir yerdə I dövrədə "qol+pas" sistemi ilə 4 xal yığıblar. Bunu seleksiyanın uğursuzluğu kimi qələmə vermək olarmı?" sualına belə cavab verib:

"Bunu seleksiyanın uğursuzluğu adlandırmaq doğru deyil. Həmin futbolçuların hamısı yüksək keyfiyyətli oyunçulardır. Üçü öz ölkələrinin milli komandalarında çıxış edir. Filippin səviyyəsi isə şübhə doğurmur. Göstərilən nəticəyə gəlincə, bu problemi məşqçilər korpusu ilə futbolçular bir yerdə həll etməlidirlər. Bizim əsas məqsədimiz futbolçuların əllərinə düşən imkanları dəyərləndirməsidir. Bunun üzərində işləyirdik, bundan sonra da işləyəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti