Hamşik millimizlə oyun haqda - "Kimsə bizə xal hədiyyə etməyəcək"

18 Noyabr 2019 16:27 Milli komanda 713
Hamşik millimizlə oyun haqda -

Slovakiya millisinin kapitanı Marek Hamşik AÇ-2020-nin seçmə mərhələsində sabah Trnavada Azərbaycanla keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, yerli mətbuata danışan təcrübəli yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini bildirib: "Elə bir mərhələdəyik ki, burada kimsə bizə xal hədiyyə etməyəcək. 90 dəqiqə ərzində tam diqqətli olmalıyıq. Vaxtdan yaxşı istifadə etmək və qələbə qazanmaq istəyirik".

Kardiffdəki nəticə də bizim üçün önəmlidir. Bəlkə tribunadakı azarkeşlərimiz həmin oyunu telefonları vasitəsilə izləyəcəklər. Bizim diqqətimiz isə yalnız meydançada olacaq".

Qeyd edək ki, Hamşik Bakıda keçirilən oyunda (1:5) millimizin qapısına 2 top vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”