"Bakıdakı böyükhesablı qələbə bizi aldatmamalıdır" - Milan Şkrinyar

18 Noyabr 2019 17:38 Milli komanda 1 072
"Bakıdakı böyükhesablı qələbə bizi aldatmamalıdır" - Milan Şkrinyar

"Final mərhələsinə vəsiqə qazanacağımıza inanıram. Ümid edirəm ki, nəhayət, kimsə bizə kömək edəcək. Çünki milliyə dəvət aldığım vaxtdan bu yana belə şey olmayıb".

Sportinfo.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin müdafiəçisi Milan Şkrinyar ölkəsinin mətbuatına açıqlamasında deyib. AÇ-2020-nin seçmə mərhələsində sabah millimizlə keçirəcəkləri oyun haqda danışan Milan "İnter"inin futbolçusu matçın çətin olacağını bildirib:

"Meydana qələbə istəyi ilə çıxacağıq. Amma asan olmayacağını da bilirik. Düzdür, Bakıda rahat qələbə (5:1) qazanmışdıq. Amma bu matçda əvvəllər uğur qazana bilmədiyimiz uzaq məsafədən zərbələrlə nəticəyə nail olmuşduq. Ona görə də həmin qələbə bizi aldatmamalıdır. Bilirik ki, Azərbaycanla duel çətin olacaq. Amma qrupdan çıxmağa köklənmişik və hələlik Millətlər Liqasına boylanmırıq".

Qeyd edək ki, Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti