"Şans versələr, istifadə etməyə çalışacam" - MİLLİMİZİN ÜZVÜ

18 Noyabr 2019 15:31 Milli komanda 610
"Şans versələr, istifadə etməyə çalışacam" - MİLLİMİZİN ÜZVÜ

“Uelsə qarşı oynamadım. Amma biz bir ailəyik. Təəssüf ki, həmin oyunda uduzduq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin üzvü Elvin Camalov deyib.

Uzun fasilədən sonra yenidən yığmaya cəlb edilən "Zirə"nin yarımmüdafiəçisi AÇ-2020-nin seçmə mərhələsinin qrup mərhələsində keçirəcəyimiz son oyun – Slovakiyaya qarşı matç haqqında danışıb:

"Oynasam da, oynamasam da, biz bir ailəyik. Nə zaman şans versələr, bundan maksimum istifadə etməyə çalışacam. Komandada məni xoş qarşıladılar. İstər məşqçi, istərsə də futbolçular. Slovakiya ilə görüşə hazırlaşırıq. Bu matçda oynamağa hazıram".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"