"Yığmanın baş məşqçisi Nikola Yurçeviçlə məsləhətləşdik və belə qərara gəldik ki, növbəti təyyarə ilə geri qayıdım" - Sportinfo.az xəbər verir ki, bunu "Bild"ə açıqlamasında zədə səbəbindən millimizin heyətindən ayrılaraq Almaniyaya qayıdan Rüfət Dadaşov deyib.
"Proyssen"in 28 yaşlı forvardı zədəsinin nədən ibarət olduğuna aydınlıq gətirib: "Eniş zamanı budumda ağrı hiss etdim. Belimdə problemin olmasından şübhələnirik. Bu üzdən hərtərəfli müayinə olunacam. Ümid edirəm ki, problem tezliklə aradan qalxacaq".
Dadaşovun noyabrın 23-də 3-cü Bundesliqanın növbəti turunda "Zviçkau" ilə keçiriləcək görüşdə meydana çıxacağı da sual altındadır.