Millimizin oyununu Məmmədov idarə edəcək

18 Noyabr 2019 11:06 Milli komanda 995
Millimizin oyununu Məmmədov idarə edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milliləri arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri məlum olub. Sportinfo.az xəbər verir ki, qarşılaşmanı Orxan Məmmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Ona Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Mərdəkandakı "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Ukrayna oyunu sabah saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!