"Qalib gələ bilməsəydik, vəziyyət başqa cür olacaqdı”

18 Noyabr 2019 10:24 Milli komanda 498
"Qalib gələ bilməsəydik, vəziyyət başqa cür olacaqdı”

Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker yığmamızla Bakıda keçirilən qarşılaşmanı (1:1) xatırlayıb. Sportinfo.az xəbər verir ki, o, heç-heçəyə təəssüfləndiyini dilə gətirsə də, Macarıstandakı məğlubiyyəti daha acınacaqlı saydığını etiraf edib:

“Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımızdan razı qaldıq. Futbol gözlənilməzliklərlə doludur. Lakin özümüzə inandıq və istəyimizə çatdıq.

Biz Bakıda qalib gələ bilmədiyimiz üçün təəssüflənirik. Lakin həmişə evdə üç, səfərdə bir xal qazanmaq prinsipi ilə irəliləmək də fayda verir. Macarıstanla Budapeştdəki görüşdə buna əmək edə bilmədik. Son görüşdə Slovakiyaya qalib gələ bilməsəydik, vəziyyət başqa cür olacaqdı”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"