AFFA-dan REVANŞ HAQQI - 3000 AZN

17 Noyabr 2019 16:53 Milli komanda 1 253
AFFA-dan REVANŞ HAQQI - 3000 AZN

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində zəif Lixtenşteyn üzərində qazandığı qələbə qarşılıqlısız qalmayıb.

Sportinfo.az-ın məlumatına görə, Barış Ekincierin 65-ci dəqiqədə vurduğu yeganə qolla "cırtdan ölkə"nin komandasına qalib gələn U-21 millimiz AFFA tərəfindən mükafatlandırılıb. Bu qələbə yığmanın hər bir oyunçusuna 3000 manat qazandırıb. AFFA əsas heyətdə meydana çıxanlara "revanş haqqı" olaraq bu qədər mükafat ayırıb.

Xatırladaq ki, 5 ay əvvəl Lixtenşteyndə keçirilən ilk görüşdə millimiz zəif rəqibə 0:1 hesabıyla uduzmuş, nəticədə həm komanda, həm də AFFA müstəqil media tərəfindən kəskin tənqid olunmuşdu. Məhz bu səbəbdən federasiya Lixtenşteynlə Sumqayıtda keçirilən cavab matçına revanş kimi yanaşırdı və nəyin bahasına olsun, qalib gəlmək komandamızın qarşısına qoyulan əsas məqsəd idi.

Digər Xəbərlər
Xəbər Lenti