Qara Qarayev Yurçeviçdən nəyə görə inciyib?

17 Noyabr 2019 22:25 Milli komanda 2 105
Qara Qarayev Yurçeviçdən nəyə görə inciyib?

Millinin yeni kapitanı Qara Qarayevlə baş məşqçi Nikola Yurçeviç arasında narazılıq yaranıb. Sportinfo.az-ın məlumatına görə, komandanı dünən Uelslə oyunda meydana çıxaran yarımmüdafiəçi xorvatiyalı mütəxəssisin qərarından pərt olub.

Bu, sırf ikinci halisənin ortasında yaşanan epizodla bağlıdır. Belə ki, topu götürərək cərimə zərbəsini yerinə yetirməyə hazırlaşan Qaraya Yurçeviç sərt üz göstərib. O, Dmitri Nazarovu kapitana nişan verərək, "topu qoy yerə, zərbəni Nazarov vuracaq" deyib.

Bu söhbət matçdan sonra paltardəyişmə otağında bir daha müzakirə edilib. Yurçeviç Qarayevin ondan incidiyini görsə də, bir-iki kəlmə söyləməklə kifayətlənib, ürəyini almağa çalışmayıb.

Özünə qarşı bu cür münasibəti qəbul etməyən kapitan butsılarını yerə çırpıb və baş məşqçiylə sağollaşmayıb. Qaranın həssas biri olmasını bilən komanda yoldaşı isə ona yaxınlaşaraq hadisəni yadından çıxarmasını xahiş edib.

Digər Xəbərlər
Xəbər Lenti