Milli qrupa qaldı, Məmməd "Almaniyadan daha çox qaçdıq" dedi

17 Noyabr 2019 01:35 Milli komanda 623
Milli qrupa qaldı, Məmməd "Almaniyadan daha çox qaçdıq" dedi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Almaniya ilə keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, millinin 0:2 hesablı məğlubiyyətini şərh edib: “Qrupun favoriti, güclü Almaniya yığmasına qarşı oynadıq. İlk oyundan fərqli olaraq, uşaqlar bu dəfə tapşırığı yerinə yetirdilər.

Almaniya kimi güclü komandaya qarşı 90 dəqiqə eyni tempdə mübarizə aparmaq çox çətindir. Komanda olaraq rəqibdən daha çox qaçdıq, mübarizə apardıq. Məhz bu amilə görə futbolçularımı təbrik edirəm.

Rəqib qapısında yaranmış epizodları dəyərləndirə bilsəydik, hesab arasındakı fərq az ola bilərdi. Bu qarşılaşma, bizim üçün böyük təcrübə oldu. Növbəti – sonuncu oyuna hazırlaşacağıq”.

Millimiz unanıstan və Almaniyaya məğlubiyyətdən sonra qrupda qalıb. Komanda son turda Qazaxıstanla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti