Bəhlul Mustafazadə: "Özümüz də narazıyıq"

17 Noyabr 2019 00:24 Milli komanda 811
Bəhlul Mustafazadə: "Özümüz də narazıyıq"

Milli komandamızın müdafiəçisi Bəhlul Mustafazadə AÇ-2020-nin seçmə mərhələsinin Uelslə oyunundan (0:2) sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. Futbolçu əvvəlcə məğlubiyyətlə bağlı fikirlərini bölüşüb.

- Oyun gözlədiyimiz kimi çətin keçdi. Rəqib qrupdan çıxmaq uğrunda mübarizə aparır. Oyunun əvvəlində qol buraxdıq. Təəssüflər olsun ki, toparlana bilmədik. Sonradan 2-ci topu vurdular. Nəticədə uduzduq. Təəssüf edirəm ki, sonuncu ev oyunumuzda azarkeşlərimizi sevindirə bilmədik. Ümid edirəm ki, gələcəkdə bunu bacararıq.

- İkinci hissədə ümumiyyətlə oyunumuz alınmadı. Çatmırmadıq, yoxsa rəqibin təzyiqi güclü idi?

- Rəqibin keyfiyyəti hamıya bəllidir. Bundan başqa, 2-ci qoldan sonra bəlkə də inamsızlıq yarandı. Geridönüş edə bilmədik.

- Son oyunlarda yaxşı təsir bağışlayırsan. Xaricdən gələcək hər hansı təklifi dəyərləndirmək istərdin?

- Əlbəttə, bunu mütləq istəyərəm.

- Bu yaxınlarda "Sanderlend" variantı çıxmışdı...

- Klub olaraq, konkret ad çəkə bilmərəm. Mənə nəsə deyilməyib, rəsmi təklif olmayıb. Amma inkişaf etmək üçün mütləq ölkədən kənara çıxmaq lazımdır. Bunun fərqindəyəm. Belə bir şans olsa, mütləq dəyərləndirəcəm.

- Bu gün bir daha təsdiqləndi ki, Azərbaycan millisi evlə müqayisədə səfərdə daha yaxşı oynayır. Bu,nə ilə bağlıdır?

Səbəbi dəqiq deyə bilməyəcəm. Ola bilər ki, evdə nəticə qazanmaq istəyirik. Səfərdə isə bir qədər rahat oluruq.

- Qara verilməyən penalti epizodunu qabartdı. Sən necə düşünürsən?

- Əlbəttə, penalti təyin olunsaydı, hər şey fərqli ola bilərdi. Qaranın sözünə qatılıram. Hesabı 2:1 etdikdən sonra geridönüş də mümkün idi.

- Bu gün Uels azarkeşləri bizim fanatlardan daha çox idi...

- Bu, britaniyalıların genetikasında var. Bizdən fərqli, azarkeş mentaliteti var. Normaldır. Çünki çempionatları, mədəniyyətləri bizdən fərqlidir. Bizdə futbola o qədər maraq yoxdur. Onlarda isə əksinədir.

- Növbəti oyun Slovakiyaya qarşı olacaq. Xal hesabını artırmaq mümkün olacaq?

- Bunun üçün çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, xal ehtiyatımızı artıraq. Özümüz də 1 xaldan narazıyıq. Ancaq onu da nəzərə almaq lazımdır ki, qrupumuzdakı komandalar bizdən güclüdür. Sona qədər vuruşacağıq. Slovakiya ilə oyunun bundan daha çətin olacağını düşünürəm. Keyfiyyət baxımından Xorvatiyadan sonra qrupda ikinci komandadır. Çətin olacağını bilirik. Yenə də mübarizə aparıb, xal qazançağa çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı