Rayan Giqqz Bakıda nədən narazı qaldı?

16 Noyabr 2019 23:28 Milli komanda 965
Rayan Giqqz Bakıda nədən narazı qaldı?

"Bizim üçün hesab qənaətbəxş idi. Komandamdan razı qaldım. Bəzi şeyləri inkişaf etdirmək olar. Oyunda təzyiq də var idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, bundan əvvəl çətin oyunları olub: "Azərbaycan coğrafi baxımdan rahat gələ biləcəyimiz ölkə deyil. Rəqib evdə oynayırdı. Ancaq yaxşı nəticə qazana bildik".

Məşqçi deyib ki, Azərbaycanla matç da digər oyunlar kimi çətin keçib: "Bu tur Macarıstan qrupda istirahət edir. Bu növbəti matçda onlara əlavə güc verə bilər. Bugünkü qarşılaşmada bəzi künc zərbələrindən istifafə edə bilmədik, bundan narazıyam".

Giqqz Qaret Beyl və Aaron Remzinin Macarıstanla növbəti oyunda meydana start heyətində çıxa biləcəyini vurğulayıb: "Biz oyunlarda dəyişikliklərin faydalı olmasına çalışırıq. Ona görə də bu gün Remzi start heyətdə yox idi. Ona istirahət verdik".

Digər Xəbərlər
Xəbər Lenti