Azərbaycan - Uels matçı üçün satılan biletlərin sayı

16 Noyabr 2019 16:50 Milli komanda 780
Azərbaycan - Uels matçı üçün satılan biletlərin sayı

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Bakıda Uels yığmasına qarşı keçirəcəyi oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 8200 bilet satılıb. Qarşılaşma üçün biletlərin qiyməti adi sektorlara 2 - 4 manat, VİP sektorlar üçün 20 manat müəyyənləşdirilib.

Bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyunu saat 21:00-da başlayacaq. Arena 11 min azarkeş tutumuna malikdir.

Digər Xəbərlər
Xəbər Lenti