Millimizin son oyunu ukraynalılara tapşırıldı

16 Noyabr 2019 15:03 Milli komanda 563
Millimizin son oyunu ukraynalılara tapşırıldı

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Slovakiya - Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın seçmə mərhələdəki görüşünü ukraynalı hakimlər briqadası idarə edəcəklər. Matçın baş hakimi Sergey Boyko olacaq. Ona laysmanlar - Vladimir Volodin və Semyon Şlonçak kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Vitali Romanov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti