"Azərbaycan bizə kömək edəcəkmi?" - Slovakiya mətbuatı

16 Noyabr 2019 17:35 Milli komanda 782
"Azərbaycan bizə kömək edəcəkmi?" - Slovakiya mətbuatı

Slovakiya mətbuatı AÇ-2020-nin seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan - Uels oyununu analiz edib.

Sportinfo.az xəbər verir ki, "sport.sk" saytı "Azərbaycan bizə kömək edəcəkmi?" başlıqlı yazısında komandaların şanslarını dəyərləndirib:

"Bu gün slovakiyalı azarkeşlərin diqqəti təkcə Riyekada olmayacaq. E qrupundakı vəziyyəti yaxından maraqlandıran digər matç Bakıda olacaq. Uels yarışda qalmaq üçün mütləq Azərbaycanı məğlub etməli, ən pis halda xal götürməlidir.

Azərbaycan qrupda cəmi 1 xal toplayıb. Onu da Xorvatiya ilə son ev oyununda qazanıblar. Digər matçlarda xalsız qalsalar da, hər zaman rəqiblərini narahat edə biliblər. Son iki görüşdə cəmi 1 top fərqi ilə uduzmaları da bunu sübut edir. Qrupda yalnız macarlara qol vura bilməyiblər.

"Uelsə Bakıda qələbə lazımdır. Xal itkisi final mərhələsinə gedən yolda vəziyyəti çətinləşdirə bilər. Qonaqların heyətində ciddi itkilər var. Co Allen cəzalı olduğu üçün matçı buraxacaq. Qaret Beyl oktyabrın ortalarından zədəli idi. Hazırkı durumu barədə konkret məlumat yoxdur. Bakıda tam gücü ilə oynaya biləcəkmi? Giqqz onu riskə atacaq, yoxsa Macarıstanla ev oyununa saxlayacaq?".

Qeyd edək ki, Azərbaycan - Uels oyunu saat 21:00-da başlayacaq. Qrupun digər oyununda isə Slovakiya səfərdə Xorvatiyanın qonağı olacaq. Həmin görüşün başlama saatı isə Bakı vaxtı ilə 23:45-dir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı