"Oyunun baxımlı olması heç, əsas qələbə qazanmaqdır"

16 Noyabr 2019 16:35 Milli komanda 1 057
"Oyunun baxımlı olması heç, əsas qələbə qazanmaqdır"

Uels millisinin sabiq çalışdırıcısı Kris Koulmen yığmanın AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəyi görüşlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis Uels üçün Azərbaycana qarşı oyunun asan keçməyəcəyini vurğulayıb:

Hazırda beş komanda arasında 4-cü pillədəyik. Amma final mərhələsinə vəsiqə qazanmaq şansımız var. Biz Avropa çempionatına gedə bilərik. Rayan Giqqz komandanı qarşıdakı iki oyuna yaxşı hazırlaya bilər. Gənc futbolçularımız var və onlar zamanla daha yaxşı olacaqlar. Azərbaycana qarşı oyun çətin keçəcək. Azərbaycan üçün heç bir təzyiq yoxdur. Amma biz təzyiq altında oynayacağıq. Yalnız bir məqsədimiz ola bilər.

Kiprə səfər oyununa yollanmağımızı xatırlayıram. Hər kəs bizdən asan qələbə gözləyirdi. Fasilədən sonra hesab 0:0 idi. Uşaqları sakitləşdirməyə çalışdım. Riçards və Beylin vurduğu qollarla qalib gəldik. Oyunun baxımlı olması cəhənnəm, əsas qələbə qazanmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti