Millimiz bu dəfə Almaniyaya məğlub oldu - AÇ-2020

16 Noyabr 2019 17:50 Milli komanda 1 122
Millimiz bu dəfə Almaniyaya məğlub oldu - AÇ-2020

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandamız AÇ-2020-nin ilk seçmə mərhələsində ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi və qrupun ilk görüşündə Yunanıstana darmadağın (1:6) olmuş yığma daha çətin rəqib - ilk turda Qazaxıstanın qapısından 5 cavabsız top keçirmiş Almaniya ilə qarşılaşıb.

Rəqibə müqavimət göstərməyə çalışan yığmamız bu dəfə də meydanı xalsız tərk edib. Komandamız qrupun son oyununda Qazaxıstanla üz-üzə gələcək.

Final mərhələsi gələn il Estoniyada təşkil ediləcək qitə çempionatının ilk seçmə raundunun 9-cu qrupunun oyunları Yunanıstanın Patra şəhərində keçirilir.

AÇ-2020. İlkin seçmə mərhələ. 9-cu qrup, 2-ci tur

16 noyabr

16:00 Almaniya - Azərbaycan 2:0

Qollar: Reyn, 30, Çalhanoğlu, 53.

Baş hakim: Denis Şurman (Ukrayna)

Yan xətt hakimləri: Viktor Matyaş (Ukrayna), Konstantinos Triantafyllou (Yunanıstan)

Dördüncü hakim: Stefanos Koymparakis (Yunanıstan)

"Pampeloponnisiako" stadionu, Patra.

Almaniya: 1.Luis Lord, 2.Lion Semiç, 5.Brayt Akvo-Mbi, 8.Denis Lütke-Fri, 9.Turan Çalhanoğlu, 10.Torbe Reyn (k), 11.Luka Nets, 13.Arbnor Aliu, 17.Toni Rölke, 19.Danni Şmidt, 20.Armindo Şyeb.

Ehtiyat oyunçular: 12.Filip Şults, 3.Bent Andresen, 4.Yakov Suver, 6.Məsut Kəsik, 7.Lasse Günter, 14.Angelo Brükner, 16.Eliya Akvasi Kran, 18.Marlon Ruus Truxilyo.

Baş məşqçi: Kristian Vük.

Azərbaycan: 1.Eldar Tağızadə, 4.Cəlal Hüseynov (k), 5.Mirəli Əhmədov, 7.Gülağa Əsədov, 10.Mirmövsüm Canıyev, 11.Berkay Vardar, 13.İbrahim Ramazanov, 15.Rəşad Həsənov, 16.Rəvan Nağıyev, 17.Kamal Kazımov, 18.Zöhrab Əsədov.

Ehtiyat oyunçular: 22.Amin Ramazanov, 2.Ayxan Süleymanlı, 6.Yusuf Oral, 8.Nihad Cəfərov, 9.Mehrac Baxşəli, 14.Musa Musazadə, 19.Nicat Quliyev, 20.Rauf Rüstəmli, 21.Ülvi Mədətov.

Baş məşqçi: Vüqar Məmməd.

Digər Xəbərlər
Xəbər Lenti