Yenəmi elə olacaq?

16 Noyabr 2019 10:38 Milli komanda 552
Yenəmi elə olacaq?

AVRO-2020-nin seçmə mərhələsinin IX turunda Uelslə üz-üzə gələcək Azərbaycan yığması tarixində 8-ci dəfə bu rəqiblə qarşılaşacaq. Sportinfo.az xəbər verir ki, ilk dəfə 2002-ci ilin noyabrında görüşən rəqiblər indiyədək 7 dəfə münasibətlərini ayırd edib.

Bu matçlarda hələ də qələbəsi olmayan Azərbaycan millisi bir heç-heçə edib və 6 dəfə uduzub. Son 4 matçda uduzan yığma 2 qol vurub, 13-nü buraxıb.

Komandamız bütün oyunlarda qapısında qol görüb. “Çərçivə”ni toxunulmaz saxlamağı bacarmayan milli bu sindromu qırmağa çalışacaq.

AVRO-2004-ün seçmə mərhələsi
20 noyabr 2002. Bakı. AÇ. Azərbaycan – Uels – 0:2
29 mart 2003. Kardiff. AÇ. Uels – Azərbaycan – 4:0

DÇ-2004-ün seçmə mərhələsi
4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels – 1:1
12 oktyabr 2005. Kardiff. DÇ. Uels – Azərbaycan – 2:0

DÇ-2010-nun seçmə mərhələsi
6 sentyabr 2008. Kardif. DÇ. Uels – Azərbaycan – 1:0
6 iyun 2009. Bakı. DÇ. Azərbaycan – Uels – 0:1

AVRO-2020-nin seçmə mərhələsi
6 sentyabr 2019. Kardiff. AÇ. Uels – Azərbaycan – 2:1

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"