"Azərbaycan millisini 10 il əvvəl məğlub etdiyimiz oyunu..."

16 Noyabr 2019 01:24 Milli komanda 523
"Azərbaycan millisini 10 il əvvəl məğlub etdiyimiz oyunu..."

“İndi bizi iki çətin matç gözləyir. Diqqətimizi bu oyunlara yönəldib qələbə qazanmaq istəyirik”. Sportinfo.az xəbər verir ki, bunu Uels yığmasının futbolçusu Aaron Remsi AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan millilərinə qarşı keçirəcəkləri oyunlar haqda danışarkən deyib.

Uzunmüddətli zədədən sonra ilk dəfə cari tsiklda Uels komandasının toplanışında iştirak edən 28 yaşlı yarımmüdafiəçi qarşıdakı görüşlərin onlar üçün AVRO-2020-yə qatılmaq üçün son şans olduğunu bildirib.

Hazırda İtaliya “Yuventus”unun formasını geyinən Remsi 6 iyun 2009-cu ildə Azərbaycan millisini Bakıda 1:0 hesabı ilə məğlub etdikləri və özünün 90 dəqiqə meydanda olduğu DÇ-2010-nun seçmə oyununu yada salıb: “İndi Azərbaycanla matç ərəfəsində Con Toşakın rəhbərliyi altında olan oyunu yaxşı xatırlayıram”.

Noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə britaniyalılar son seçmə oyunda Macarıstanı qəbul edəcəklər. Hazırda 8 xalla E qrupunda 4-cü yerdə gedən Uels yığması bu qarşılaşmalardan qalib ayrılmasa, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazana bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"