"Daha çox qol vurmaq istəyirdik" - U-21-in üzvü

15 Noyabr 2019 19:10 Milli komanda 971
"Daha çox qol vurmaq istəyirdik" - U-21-in üzvü

"Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Öz azarkeşlərimiz qarşısında oynadığımız üçün çox istəyirdik ki, onları sevindirək. Yaxşı ki, bunu bacardıq". Bu sözləri Sportinfo.az-a açıqlamasında U-21 yığmamızın üzvü Süleyman Əhmədov deyib.

AÇ-2021-in seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə qarşılaşan yığmamız çətinliklə də olsa, qələbə qazana bildi.

Əhmədov "Vadutsdakı məğlubiyyətin revanşını ala bildinizmi?" sualını bu cür cavablandırıb:

"Rəqibimiz oyunu müdafiədən qurmuşdu. Bu cür komandalara qarşı oynamaq çətin olur. Qol epizodlarımız olsa da, yararlana bilmədik. Ancaq sonda hər şey istədiyimiz kimi oldu. Qələbə qolunu vurmağı bacardıq. Revanş deməzdim, sadəcə biz qələbə haqda düşünürdük. Bizim üçün əsas üç xal idi ki, onu da qazandıq. Daha çox qol vurmaq istəyirdik. Amma alınmadı. İlk hissədə qollar vursaydıq, böyükhesabla qalib gələ bilərdik".

Digər Xəbərlər
Xəbər Lenti