Qaret Beyl: "Sabah meydanda bütün gücümü ortaya qoyacam"

15 Noyabr 2019 15:01 Milli komanda 628
Qaret Beyl: "Sabah meydanda bütün gücümü ortaya qoyacam"

Uels millisinin kapitanı Qaret Beyl AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyun öncəsi mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, "Real"ın futbolçusu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

- Remzinin qayıdışı məni sevindirir. Onunla meydanda olmaq xoşdur. Milli komandada olynamaq hər zaman şərəflidir. Bütün gücümü meydanda ortaya qoyacam.

- Əvvəllər U-21 səviyyəsində Azərbaycana qarşı oynamısız, yoxsa Bakıya ilk dəfədir gəlirsiz?

- Xeyr, Bakıya ilk dəfədir gəlirəm.

- Azərbaycan millisi haqda nə düşünürsüz?

- Son oyunlarınızı izləyəndə inkişaf görmək olur. Beş il əvvəlki yığmanızla indiki arasında fərq, inkişaf hiss olunur.

Digər Xəbərlər
Xəbər Lenti