"Bakıdakı matç Kardiffdəki oyunun oxşarı olacaq" - Aaron Remzi

15 Noyabr 2019 13:39 Milli komanda 618
"Bakıdakı matç Kardiffdəki oyunun oxşarı olacaq" - Aaron Remzi

Uels millisinin yarımmüdafiəçisi Aaron Remzi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah millimizlə keçiriləcək oyun haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan "Yuventus"un futbolçusu meydana qələbə üçün çıxacaqlarını söyləyib:

"Hazırda bütün fikrimiz Azərbaycanla oyundadır. Macarıstanı düşünmürük. Bakıdakı matç Kardiffdəki oyunun oxşarı olacaq. Bizi çətin görüş gözləyir. Amma hesab edirəm ki, qalib gəlmək üçün lazım olan hər şeyimiz var. Əsas istəyimiz də budur. Final mərhələsi şanslarımızı saxlamaq üçün qələbə qazanmalıyıq. Sabahkı matçı səbirsizliklə gözləyirik".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyunu saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti