"Azərbaycan yığması üçün səfərdə oynamaq hər zaman çətin olub" - MÜSAHİBƏ

15 Noyabr 2019 16:35 Milli komanda 544
"Azərbaycan yığması üçün səfərdə oynamaq hər zaman çətin olub" - MÜSAHİBƏ

Milli komandamızda 52 oyun keçirmiş Aleksandr Çertoqanov Sportinfo.az-a müsahibə verib.

- Millimiz sabah AÇ-2020-nin seçmə mərhələsində Uelslə qarşılaşacaq. Bu görüş haqda fikrlərin necədir, rəqibdən xal ala bilərikmi?
- Son oyunlardan sonra Azərbaycan millisindən yaxşı nəticə gözləmək sadəlövlük olmazdı. Həqiqətən də yığma son görüşlərdə yaxşı təsir bağışlayıb. Məncə, futbolçularımız Uelsə qarşı yaxşı mübarizə aparacaq.

- Kardifdə yığmamız elə də pis oynamadı və son saniyə qolu ilə bir xalı əldən verdi.

- Bu dəfə də çətin olacaq. Amma dediyim kimi millimizin rəqibə qarşı layiqli mübarizə aparacağına əminəm.

- Avro-2020-yə vəsiqə qazanmaq baxımından Uels üçün üç xal çox vacibdir. Bu mənada, fakt bizim üçün üstünlükdür, yoxsa mənfi hal?
- Şans hər zaman var. Elə bu oyunda da.

- Britaniya komandalarına qarşı oynamaq hər zaman yığmamız üçün çətin olub.
- Bilirsiz, Britaniya komandaları həmişə son saniyəyə kimi mübarizə aparırlar. Hesabdan, vəziyyətdən asılı olmayaraq, rahatlaşmırlar. Hər top uğrunda döyüşürlər. Bu mənada onlara qarşı mübarizə aparmaq çətin olur.

- Hazırda yığmamız qrupda cəmi bir xala malikdir və sonuncu pillədədir.
- Son pillədə qərarlaşmaq heç vaxt xoş deyil. Amma əsas odur ki, ruhdan düşməsinlər və sona qədər oynasınlar.

- Qaret Beyli saxlamaq üçün futbolçularımız nə etməlidirlər?

- Tək Beylə yox, Uelsə qarşı komanda olaraq diqqətli və özünəinamlı oynamaq lazımdır. Bu zaman hər şeyin yaxşı olacağına ümid etmək olar.

- Uelslə görüşdən sonra isə yığmamız Slovakiyayla oyun üçün Trnavaya yollanacaq. Bəs səfərdə millimiz xal qazana bilər?
- Slovakiyada millimiz üçün ikiqat ağır olacaq. Çünki Azərbaycan yığması üçün səfərdə oynamaq hər zaman çətin olub.

- Əgər son iki görüşdə də xal qazana bilməsək, Nikola Yurçeviçin aqibətini necə görürsən?
- Əslində milli komandada çalışmaq olduqca ağır məsələdir. Amma məşqçi özü də işə başlamamışdan əvvəl onu hansı işin gözlədiyini bilirdi.

MİRBAĞIR CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"