"Azərbaycanın da keyfiyyətli futbolçuları var, baxmayaraq ki..."

15 Noyabr 2019 13:12 Milli komanda 668
"Azərbaycanın da keyfiyyətli futbolçuları var, baxmayaraq ki..."

"Xorvatiyaya böyük hesabla uduzduğumuz oyunun üzərindən çox vaxt keçib. Həmin görüşdən çox şey öyrəndik".

Sportinfo.az xəbər verir ki, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Yan Qrequş deyib. 28 yaşlı orta sahə oyunçusu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib.

"Minnesota Yunayted"in üzvü öncə Xorvatiya ilə matça kökləndiklərini vurğulayıb:

"Hamımızın düşüncəsi seçmə mərhələnin son oyunlarıdı. Xorvatiya və Azərbaycanla matçları səbirsizliklə gözləyirik.

Məqsədimiz Avropa çempionatına vəsiqə qazanmaqdı və bunun üçün meydanda bütün gücümüzü ortaya qoyacağıq. Əvvəlcə Xorvatiya ilə səfər oyununda uğurlu nəticə göstərməliyik. Ondan sonra Azərbaycanla görüş barədə danışmaq olar".

Qrequş seçmə mərhələnin son matçında millimizə qarşı ciddi hazırlaşacaqlarını söyləyib:

"Azərbaycan millisi bizdən əvvəl Uelslə qarşılaşacaq. Təbii ki, biz öz meydanımızda qələbə qazanmağa çalışacağıq.

Ancaq Azərbaycanın da keyfiyyətli futbolçuları var. Baxmayaraq ki, onların çoxu daxili çempionatda çıxış edir. İndi heç kim təkbaşına uğur qazana bilməz. Hər qarşılaşmaya məsuliyyətlə yanaşmalı və yüz faiz gücümüzü ortaya qoymalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti