İsmayıl İbrahimli: "1:0-la 3:0-ın fərqi yoxdur"

14 Noyabr 2019 21:03 Milli komanda 967
İsmayıl İbrahimli: "1:0-la 3:0-ın fərqi yoxdur"

"Bu gün keyfiyyətli oyun oynamadığımızı deməzdim. Məncə, yaxşı oyun keçirdik. Sadəcə, yaratdığımız qol epizodlarından yararlana bilmədik. Düzdür, daha yaxşı oynaya bilərdik. Amma əsas xaldır. İstənilən rəqibə hörmətlə yanaşırıq".

Bu sözləri AÇ-2021-in seçmə mərhələsinin Lixtenşteynlə oyunundan sonra Sportinfo.az-a açıqlamasında millimizin yarımmüdafiəçisi İsmayıl İbrahimli deyib. 1:0 hesablı qələbəni şərh edən "Qarabağ"ın futbolçusu vacib xallar əldə etdiklərini bildirib:

"Qol epizodlarında ustalıq öz sözünü deyir. Ustalıq səviyyəsi nə qədər yüksək olsa, qol vurmaq şansımız bir o qədər çox olar. 1:0-la 3:0-ın fərqi yoxdur. Əsas qələbədir. Üzərimizdə təzyiq hiss edirdik. Son məqamlarda bir az tələskənlik olurdu. Buna baxmayaraq, qələbə qazandıq".

İsmayıl matça revanş almaq üçün çıxmadıqlarını deyib: "Həmin epizodda komanda yoldaşımı görmədim, səsini eşitmədim. Heç bir paxıllıqdan söhbət gedə bilməz. Revanş haqda düşünmürdük. Hər oyuna qələbə üçün çıxırıq. Sadəcə, dünən dedik ki, Lixtenşteyni udmalıyıq. Hərşey istədiyimiz kimi oldu".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı