"Yurçeviç əsas milliyə çağıracağını dedi, amma çağırmadı"

14 Noyabr 2019 20:53 Milli komanda 739
"Yurçeviç əsas milliyə çağıracağını dedi, amma çağırmadı"

21 yaşadək futbolçulardan ibarət yığmamızın yarımmüdafiəçisi Barış Ekincier AÇ-2021-in seçmə mərhələsində Lixtenşteyni minimal hesabla məğlub etdikləri oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Oyuna yaxşı başmamağınızın səbəbi nə idi?

- Əslində pis başlamadıq. Sadəcə, ötürmələrdə bir az səhvlərə yol verdik. İkinci hissədə isə daha yaxşı oynadıq.

- İlk oyunda bu rəqibə uduzmuşduz. Buna görə üzərinizdə təzyiq hiss edirdiz?

- Yox, heç bir sıxıntı yox idi. Bilirdik ki, rəqib müdafiədən oynayacaq. Bir qol vurmaq lazım idi, bunu da etdik. 3 xal çox vacib idi.

- Qol gecikdikcə narahatlıq artırdı?

- Hə, elə hiss yaranmışdı. Amma epizodlarımız çox idi. İnanırdıq ki, qol vuracağıq. Əlimə fürsət düşdü, fərqləndim.

- Yeri gəlmişkən, həmin qol epizodunu necə ərh edərdin?

- Top gəldi, sadəcə, başımı toxundurdum. Qapıçı tuta bilmədi.

- Lixtenşteyndən revanş aldığınızı düşünmək olarmı?

- Lixtenşteynin 3, bizimsə 6 xalımız var. Biz Slovakiyanı udduq. Onlar başqa komandanı uda bilməzlər. Düşünürəm ki, revanşı aldıq.

- Bundan əvvəlki matçda İsveçrəyə qarşı çox yaxşı oynamışdız. Çoxları düşünürdü ki, bu gün böyükheablı qələbə qazanacaqsız...

- Bir qol vursan da 3 xal qazanırsan, çox qol vursan da. Biz öz işimizi gördük. 3 xal qazandıq.

- Qol epizodları çox olsa da, cəmi birindən istifadə edə bildiz...

- Açığı, biz hesab haqda düşünmürdük. Baş məşqçimiz demişdi ki, 1:0 da bəs edər. Bir qol vurduq, 3 xal qazandıq.

- Lixtenşteyni məğlub etməklə missiyamızın bitdiyini düşünmək olarmı?

- Səfərdə Slovakiya və İsveçrəni də uda bilərik. Gürcüstana qarşı da yaxşı oynamışdıq. Qırmızı vərəqə almasaydıq, bu hesabla uduzmazdıq. Səfərdə onları da udmaq olar. Ancaq Fransa ilə çox çətin olacaq. Onlar bu qrupda istənilən rəqibi məğlub edə bilər.

- Əsas millidə oynamağa hazırsan?

- Mən hazıram. Baş məşqçi çağıracağını dedi, amma çağırmadı. Ümid edirəm ki, yaxın vaxtlarda dəvət edəcəklər.

-

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!