"Lixtenşteyndə futbola hobbi kimi baxılır" - Millimizə uduzan yığmanın çalışdırıcısı

14 Noyabr 2019 20:25 Milli komanda 663
"Lixtenşteyndə futbola hobbi kimi baxılır" - Millimizə uduzan yığmanın çalışdırıcısı

"Rəqibin də, bizim də şanslarımız oldu. Hesab heç-heçə də ola bilərdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri Lixtenşteynin 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Martin Ştoklaza Sumqayıtda Azərbaycan yığmasına 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələ oyunundan sonra keçirilən mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan qol buraxmamaq üçün daha ehtiyatlı oynayıb. Ştoklaza 23 il əvvəl İsveçrə yığmasının heyətində futbolçu kimi Azərbaycana səfərini də xatırlayıb:

"Həmin vaxt da 0:1 hesabı ilə uduzmuşduq. İndi isə Lixtenşteynin baş məşqçisiyəm. Hər iki komanda irəli gedir. Azərbaycan futbolunda yüksək potensiallı oyunçular var və bundan yaxşı nəticələr göstərəcəyinizə inanıram. Lixtenşteyndə isə futbola hobbi kimi baxılır. Daha çox təhsil və incəsənətə üstünlük verilir. Böyük hesabla da uduzsaydıq, vəziyyəti anlayışla qarşılayacaqdıq".

Digər Xəbərlər
Xəbər Lenti