Balayev 5-ci qolu buraxdı, "Tobol" son anda qurtuldu - VİDEO

30 Oktyabr 2019 16:20 Milli komanda 1 551
Balayev 5-ci qolu buraxdı, "Tobol" son anda qurtuldu - VİDEO

Qazaxıstan Premyer Liqasında 31-ci turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" Qızılorda şəhərində "Kaysar"ın qonağı olub və ardıcıl 4-cü oyunda da qələbə qazana bilməyib.

Ötən tur Almatı səfərində "Kayrat"a məğlub olan (0:2) Balayevin komandası bu dəfə "Kaysar"la dueldə yalnız 1 xalla kifayətlənib ki, bu da son saniyələrdə qazanılıb. "Tobol"un yeganə qolunu penaltidən Nurqaliyev vurub.

"Kaysar"ın heyətində Aşkat Taqıbergen 40-cı dəqiqədə baxımlı qola imza atıb. Bu, həmyerlimizin ardıcıl 3 turda buraxdığı 5-ci qol olub. "Tobol" isə artıq 4 turdur qalib gələ bilmir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı