"Dinamo" Şeydayevdən imtina etdi - SON DƏQİQƏ!

23 Oktyabr 2019 17:13 Milli komanda 1 420
"Dinamo" Şeydayevdən imtina etdi - SON DƏQİQƏ!

Milli komandamızın hücumçusu Ramil Şeydayev qışda "Dinamo"nu tərk edəcək. Moskva klubu futbolçunun xidmətində artıq maraqlı deyil.

Sportinfo.az-ın əldə etdiyi məlumata əsasən, Ramilin paytaxt klubu ilə müqaviləsində bənd var ki, tərəflər bir-birilə yollarını ayırsa, təzminat olmayacaq.

"Dinamoçular"un forvardımızla yollarını ayırmaq istəməsinin səbəbi yeni mövsümdə heyətə daha güclü mərkəz hücumçunsunun cəlb ediləcəyidir.

Ramil cari mövsüm Premyer Liqada 7 oyuna çıxıb. 5 görüşə əsas heyətdə başlayan millimizin hücumçusunun aktivində yalnız bir qol ötürməsi var.

Digər Xəbərlər
Xəbər Lenti