İsrafilov: "Azərbaycan millisində xoşbəxtəm"

23 Oktyabr 2019 17:46 Milli komanda 511
İsrafilov: "Azərbaycan millisində xoşbəxtəm"

Azərbaycan milli komandasının və "Albasate"nin yarımmüdafiəçisi Eddi İsrafilov klubun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu öncə milli komandadakı çıxışından danışıb: "Azərbaycan millisinin heyətində olduğuma görə xoşbəxtəm. Düzdür, səfərimiz uzun idi. Amma nəticələr yaxşı alındı. Çətin oyunlar olsa da, oynadığıma görə məmmunam”.

İsrafilov "Albasate"nin çempionatdakı nəticələri barədə isə bunları deyib: "Ev oyunlarında qalib gəlməliyik. Bunu jurnalistlər və fanatlar üçün deyirəm. Belmontdakı oyunlarımızda səs-küyü görmürük. Həm ev, həm də səfərdəki oyunlarda qalib gəlmək istəyirik. Doğma divarlar arasındakı nəticələrimiz istədiyimiz kimi deyil. Ev oyunlarında “Tenerife” və “Real Ovyedo” kimi güclü komandalara uduzduq. Bundan sonra evdə uduzmaq istəmirik. Vəziyyəti düzəltmək lazımdır. “Almeriya” ilə oyun üçün xüsusi motivasiyamız yoxdur. Amma biz çox diqqətli olmalıyıq. Çox çətin matç olacaq. Yaxşı nəticə qazanaraq, azarkeşlərimizi razı salmaq istəyirik".

Milli komandamızın aparıcı üzvü sayılan Eddi “Albasete”də özünü yaxşı hiss etdiyini bildirib: "Hər keçən gün özümü daha yaxşı hiss edirəm. Üç ay zədəli oldum və müalicə alırdım. Formamı bərpa etməyim önəmli idi. Oynadıqca daha yaxşı olursan. Komanda yoldaşlarımla da münasibətim yaxşıdır. İnsan yüksəklərə baxmağı sevir. Ancaq bunun üçün gərək mübarizə aparasan. Bir həftə oynamasam, inkişaf etməyəcəm. “Almeriya” ilə görüşü qalib başa vuraraq, hara gedəcəyimizi görməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti