Mahir Şükürov "İdman ustası" oldu

23 Oktyabr 2019 13:10 Milli komanda 2 280
Mahir Şükürov "İdman ustası" oldu

Milli komandamızın sabiq üzvü Mahir Şükürov idman ustası adına layiq görülüb. O, məsələ ilə bağlı Sportinfo.az-a açıqlama verib:

"Gənclər İdman nazirliyinə, Azad Rəhimova mənə "İdman ustası" dərəcəsinin verilməsi ilə bağlı müraciət etmişdim. Onlar da nəticələrimə baxıblar, qiymətləndiriblər və mənə bu dərəcəni verdilər. Düzü, nazir Azad Rəhimovla görüşüm olmadı. İstənilən halda dəyər verdiklərinə görə onlara təşəkkür edirəm".

Yığma komandamızın keçmiş müdafiəçisi "İdman ustası" dərəcəsi almasının gələcək karyerasınatəkan verəcəyini vurğulayıb: "Düşünürəm ki, bu dərəcəni almağım karyerama da yaxşı mənada təsir edə bilər. Sağ olsunlar, rəhbərlik də görür ki, öz sahəmdə Azərbaycanı layiqincə təmsil etmişəm. Ona görə də dəyər verdilər. Öz üzərimdə də işləyəcəm ki, hər şey daha yaxşı olsun. İş təklifi? Yaxınlarda bir şey olmalıdır. Görək də, hər şey yaxşı olar".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!