Moldova yığmasını Bakıya ölkə prezidenti yola saldı

22 Oktyabr 2019 18:20 Milli komanda 683
Moldova yığmasını Bakıya ölkə prezidenti yola saldı

Futzal üzrə DÇ-2020-nin Bakıda keçiriləcək seçmə mərhələ oyunlarında millimizin ilk rəqibi olacaq Moldova yığması paytaxtımıza yola düşməzdən əvvəl ölkə başçısı ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, Moldova prezidenti İqor Dodon yığmanın düşərgəsinə gələrək onları ziyarət edib. O, Moldova Futbol Federasiyasının rəhbəri Leonid Oleyniçenkonun dəvətilə millini ziyarət etdiyini bildirib. Dodon komanda ilə görüşdə bunları deyib: “Bu gün Vadul-luy-Vodaya gələrək komandamızı dəstəkləmək istədim. Futzalçılarımızın evə yaxşı nəticə ilə dönəcək potensiala malik olduğuna inanırıq. Ümid edirəm ki, komandamız növbəti mərhələyə adlayacaq".

Moldova millisinin baş məşqçisi Vladimir Usatıy isə prezidentin gəlişilə bağlı belə danışıb: “Millini çalışdırdığım müddətdə ilk dəfədir ölkə prezidenti komandanı vacib turnir öncəsi ziyarət edir. Çətin olacaq, amma biz rəqiblərimizlə mübarizə aparacağıq”.

Moldovanlar Bakıda ilk seçmə oyununu sabah Azərbaycan millisinə qarşı keçirəcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20-də başlayacaq. Azərbaycan və Moldova ilə yanaşı Bakıdakı seçmə mərhələdə Monteneqro ilə Slovakiya yığmaları da mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"