3 yaşlı İpək "Qarabağ"ın qonağı oldu - VİDEO+FOTOLAR

22 Noyabr 2020 20:40 Maraqlı 660
3 yaşlı İpək "Qarabağ"ın qonağı oldu - VİDEO+FOTOLAR

"Qarabağ"ın direktoru Əmrah Çelikel komandanın 3 yaşlı azarkeşi İpək Məcidə klubun hədiyyələrini təqdim edib.

İpək Məcid atasının müşayiəti ilə dünən "Sumqayıt"la oyundan öncə "Qarabağ"ın bazasında olub.

Bu zaman klubun rəhbərliyi, baş məşqçi Qurban Qurbanov, "Qarabağ"ın futbolçuları və əməkdaşları ona xüsusi mehribanlıq, nəvaziş göstəriblər.

İpək Məcid Ağdamın işğaldan azad olunmasına görə "Qarabağ"lıları təbrik edib, hədiyyələrə görə isə təşəkkürünü bildirib. O, daha sonra Premyer Liqanın "Qarabağ" - "Sumqayıt" matçını izləyib.

İpək Məcid Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin nəvəsidir.

İpək Məcid matça getməzdən əvvəl "İnstaqram" səhifəsində də "Qarabağ"a uğurlar arzulayıb.







Digər Xəbərlər
Xəbər Lenti