"Şəmkir"in sevimlisi: "Real” azarkeşi olan oğlumu “Barselona”da görmək istəyirəm"

17 Noyabr 2020 14:40 Maraqlı 576
"Şəmkir"in sevimlisi: "Real” azarkeşi olan oğlumu “Barselona”da görmək istəyirəm"

Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvatarsxeliya hazırda Rusiyanın “Rubin” klubunda çıxış edən oğlu Xviça Kvatarsxeliya ilə bağlı arzularını bölüşüb.

Sportinfo.az xəbər verir ki, ölkəmizdə “Şəmkir” və “Kəpəz”in formasını geyinmiş gürcüstanlı mütəxəssis oğlunu “Barselona”da görmək niyyətindədir.

Lakin o, Xviçanın “Real”ı dəstəklədiyini deyib: “Xəyalım oğlumu azarkeşi olduğum “Barselona”da görməkdir. Ancaq Xviça da daxil olmaqla, bütün oğlanlarım “Real”a azarkeşlik edir.

Ümumiyyətlə, Xviçanın yaxşı futbol oynaması mənim üçün vacibdir, özünü Avropada sınaya bilər. Onun daim oynayacağı komandaya ehtiyacı var. Avropanın ortabab klubuna da getsə sevinərəm.

Ancaq indi Rusiyadakı çıxışından da məmnunam. “Rubin” möhtəşəm klubdur. Bu komanda həmişə ilk “üçlük”də olurdu, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparırdı”.

Tbilisi “Dinamo”sunun yetirməsi olan Xviça Kvatarsxeliya ötən il “Rubin”ə keçməzdən əvvəl Rusiyada “Lokomotiv”in (Moskva) formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!