Qarabağa aid sualı milyonların qarşısına çıxardı - VİDEO

19 Oktyabr 2020 10:45 Maraqlı 3 940
Qarabağa aid sualı milyonların qarşısına çıxardı - VİDEO

Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu Azərbaycana dəstəyini nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, serial, kino və TV ulduzunun aparıcılıq etdiyi “Kim milyoner olmaq istəyir?” proqramının sonuncu buraxılışında iştirakçıya Qarabağla bağlı “Dövrümüzdə bir hissəsi Ermənistanın işğalı altında olan Azərbaycana aid tarixi və coğrafi bölgənin adı nədir?”,- sualı verilib.

Kənan İmirzalıoğlunun müəllifi olduğu həmin verilişin kadrları sosial şəbəkələrdə geniş paylaşılıb.

Sonda aparıcı "azərbaycanlı qardaşlarıma salam və sevgilərimi çatdırıram", deyə növbəti suala keçib.


Digər Xəbərlər
Xəbər Lenti