Bu komandanın heyətində 7 legioner qaldı

7 Oktyabr 2020 10:24 Maraqlı 660
Bu komandanın heyətində 7 legioner qaldı

Avropa Liqasının İ qrupunda Azərbaycan çempionu “Qarabağ”la yanaşı, “Vilyarreal” (İspaniya) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq “Makkabi” (Təl-Əviv) iştirak ərizəsini müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Giorqos Donis avrokubok matçları üçün 29 futbolçu sifariş edib.

Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 8-i yarımmüdafiəçi, 8-i isə hücumçudur. Heyətdə cəmi 7 əcnəbi oyunçu yer alır.

Qapıçılar: Daniel Tennenbaum (Braziliya), Daniel Perets, Ben Musayof
Müdafiəçilər: Ben Bitton, Matan Baltaksa, Enrix Saborit (İspaniya), Eytan Tibi, Şeran Yeini, Amit Qlazer, Ofir Davidzada, Maor Kandil, Şahar Piven, Luis Ernandes (İspaniya)
Yarımmüdafiəçilər: Dan Qlazer, Dan Biton, Avi Rikan, Eyal Qolasa, Dor Perets, Eden Kartzev, Uroş Nikoliç (Serbiya), Ruslan Barski
Hücumçular: Matan Hozez, Nik Blekmen (Barbados), İtay Şexter, Tal Ben Haim, Eylon Almoq, Yonatan Kohen, Eduardo Gerrero (Panama), Aleksandar Peşiç (Serbiya).

“Makkabi” qrupda ilk oyununu oktyabrın 22-də Təl-Əvivdə “Qarabağ”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti