Ronaldo Messini qabaqladı, dünyanın ən nüfuzlu idmançısı seçildi

27 Sentyabr 2020 21:00 Maraqlı 328
Ronaldo Messini qabaqladı, dünyanın ən nüfuzlu idmançısı seçildi

"YouGov" Tədqiqat Mərkəzi "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldonu planetin ən nüfuzlu idmançısı elan edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Give Me Sport” portalı məlumat yayıb.

Tanınmış şəxsiyyətlərin ümumdünya reytinqində 35 yaşlı portuqaliyalı 6-cı yeri tutub.

Onun əbədi rəqibi Lionel Messi idmançılar arasında nüfuz meyarına görə dünyada 2-ci yerdədir. Messi məşhurluğuna görə Rusiya prezidenti Vladimir Putini qabaqlayaraq, dünyanın ən nüfuzlu şəxslərinin siyahısında 11-ci yeri tutur. Basketbol əfsanəsi Maykl Cordan siyahıda 13-cü yerdə qərarlaşıb.

Maraqlıdır ki, "YouGov" Ronaldu və Messinin mövqelərini həmçinin müxtəlif ölkələrdə müqayisə edib. Təhlil nəticəsində müəyyən olunub ki, respondentlərinin rəyinin soruşulduğu 42 ölkənin 32-də insanlar ona pərəstiş edirlər.

Digər Xəbərlər
Xəbər Lenti