Azərbaycanda daha 108 nəfər COVID-19-a yoluxdu

26 Sentyabr 2020 16:00 Maraqlı 363
Azərbaycanda daha 108 nəfər COVID-19-a yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sportinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 787-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 965, bu günə qədər isə ümumilikdə 1 095 543 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti