"Biz da döyüşməyə hazırıq" - VİDEO

23 Sentyabr 2020 23:20 Maraqlı 623
"Biz da döyüşməyə hazırıq" - VİDEO

"Ali Baş Komandan İlham Əliyevin əmri ilə Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməyə hazırıq"

Sportinfo.az xəbər verir ki, bu barədə "Azeri brothers" kimi tanınan qubalı pəhləvan qardaşlar - Hüseyn və Laçın Abdulhüseynovlar bildiriblər.

"Bu gün Azərbaycanın gələcəyi olaraq biz gənclərin üzərinə ən böyük vəzifə düşür. Bunun ən alisi vətənpərvər olmağımızdadır.

Bu torpaqda gəzən, bu torpağın suyunu içən hər bir vətənndaş torpağından ötəri canını verməyə hazır olmalıdır. Bu gün gənclərimizdə də böyük ruh yüksəkliyi, müharibə abu havası var.

Ali Baş Komandanımızın əmri olarsa, biz pəhləvanlar da döyüşməyə hazırıq. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!", - deyə onlar qeyd edib.

"Azeri brothers" (Azəri qardaşları‎) — Azərbaycanlı pəhləvanlar – Hüseyn və Laçın Abdulhüseynov qardaşlarından ibarət qrup, 9 qat rəsmi dünya rekordçularıdır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?