"Neftçi"ni seçəndən sonra “İdman TV”də növbəti ayrılıq - O da işdən çıxdı

16 Sentyabr 2020 09:00 Maraqlı 1 248
"Neftçi"ni seçəndən sonra “İdman TV”də növbəti ayrılıq - O da işdən çıxdı

"İdman TV"nin tanınmış aparıcısı İsmayıl Abdullayev sözügedən telekanaldan ayrılıb.

Şərhçinin işindən ayrılması öz istəyi ilə baş verməyib.

Ayrılığın telekanal daxilində baş verən problemlərdən qaynaqlandığı bildirilir (qafqazinfo). Yaxın günlərdə növbəti ayrılıqların baş verəcəyi isə istisna edilmir.

Bir müddət öncə "İdman TV"nin daha bir tanınmış şərhçisi Ramiz Mirzəzadə işindən ayrılaraq "CBC Sport"a keçib. İsmayıl Abdullayev isə 11 ildir "İdman TV"nin uğurları üçün çalışırdı.

Sportinfo.az-ın məlumatına görə, İsmayıl Abdullayevin "İdman TV"ni tərk etməsinin səbəblərindən biri də son vaxtlar diqqətini "Neftçi TV"yə verməsidir.

Onun bir neçə ay əvvəl fəaliyyətə başlayan internet kanalına daha çox vaxt ayırması əsas iş yerinin rəhbərliyinin heç də xoşuna gəlməyib.

Bu, "Neftçi" fanatı kimi tanınan Abdullayevin "İdman TV" ilə bağlı ilk olayı deyil. O, ötən ilin iyulunda da bir başqa hadisə ilə qarşılaşıb.

İngiltərə Premyer Liqasının ilk turunda keçirilən və “İdman” telekanalı vasitəsiylə canlı yayımlanan “Mançester Yunayted” - “Çelsi” matçı zamanı irqçiliyə yol verən şərhçi 1 ay müddətinə efirdən uzaqlaşdırılıb.

Bu barədə Abdullayevin özü İnstaqram hesabında paylaşım etmişdi: “Gözünüz aydın! Bir ay müddətinə şərhlərdə olmayacam. Bilmirəm, qayıdacam, yoxsa yox”.

Həmin oyun zamanı şərhçilər Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında dialoq yaşanıb. Şahinoğlu “Çelsi”nin qaradərili futbolçusu N'Golo Kanteni nəzərdə tutaraq, “Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı” deyib. İsmayıl Abdullayev isə cavabında “Yansaydı da, rəngində bir fərq olmayacaqdı” söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti