Rayonlara gediş-gəliş nə vaxt açılacaq?

15 Avqust 2020 16:00 Maraqlı 1 175
Rayonlara gediş-gəliş nə vaxt açılacaq?

"Bundan öncə müvafiq ezamiyyə ilə səfər edilən rayonlarda virusun yoluxmasının artdığı müşahidə edilib".

Sportinfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, rayonlara gediş-gəlişin açılması müzakirə olunur: "Hələlik qərar haqda açıqlama vermək tez olardı. Bütün detallar araşdırılır, mühakimələr yürüdülür.

Bundan öncə müvafiq ezamiyyə ilə səfər edilən rayonlarda virusun yoluxmasının artdığı müşahidə edilib. Bütün bunlar nəzərə alınaraq yekun qərar veriləcək".

Digər Xəbərlər
Xəbər Lenti