"Elxan Məmmədov hələ də o tənqidləri həzm edib qurtarmayıb"

14 Avqust 2020 13:54 Maraqlı 773
"Elxan Məmmədov hələ də o tənqidləri həzm edib qurtarmayıb"

"AFFAnın başı qarışıb De Byazini bulvarda, "Torqovı"da gəzdirməyə, fotosessiya elətdirməyə, Azərbaycan futbolunun canlı tarixi yaddan çıxıb".

Sportinfo.az-ın redaktoru İlkin Xəlilov bu fikirləri sosial şəbəkədə yazıb.

Tanınmış jurnalist uzun müddətdir işsiz qalan millinin və "Neftçi"nin keçmiş həkimi Boris Xetaqurovun diqqətdən kənarda qalmasına öz etirazını bildirib:

"Ömrünün 50 illini futbola xidmətdə keçirən bu kişinin dünən 80 illik yubileyi idi. 75 yaşında olduğu kimi yenə Boris Nanayeviçin yubileyinə laqeyd münasibət. AFFA-nın pandemiyanı bəhanə edib "Xetaqurovu əsla unutmamışıq" bəraəti isə lap gülüncdür.

Necə olur ki, yaşca Xetaqurovdan da böyük Çingiz İsmayılovu AFFA-yya dəvət edib, püşkatmada iştirakını təmin edirlər, amma

Boris Xetaqurovu guya yaşını nəzərə alıb, eləcə telefonla salamlayırlar. Çingiz müəllimə hörmətimiz öz yerində, amma püşkatma əsil Xetaqurovun yeri idi.

Yeri gəlmişkən, üst üstə düşmüşdü, çağırıb təbrik edir, xatirə hədiyyəsini verirsən, püşkatmada da fəxri qonaq kimi şarlardan birini çıxarır. Görünür, Xetaqurovun vaxtilə səsləndirdiyi tənqidləri Elxan Məmmədov hələ də həzm edib qurtarmayıb.

Xetaqurovun 40 il işlədiyi "Neftçi"nin rəhbərliyinə də ayıb olsun! "Facebook"da təbriki U-13 komandasının məşqçisi, gənc futbolçu üçün verərlər, klubun canlı tarixi üçün yox.

Bir qabiliyyətiniz olmadı ki, bu kişini normal, adına layiq təbrik edəsiz?? Kamran Quliyev bəlkə də Xetaqurovu tanımır, Ceyhun Sultanov, səni ki, "Xəzər Lənkəran"da oynayanda o qədər müalicə edib. Yadına düşmədi o günlərin?

Azərbaycan futbolu "xəstədir", həkimə ehtiyacı var. Hələ Xetaqurov kimi doktora dəhşətli dərəcədə ehtiyacı var....".

Digər Xəbərlər
Xəbər Lenti