Koronavirus peyvəndi ən azı 2 il infeksiyadan qoruyacaq

14 Avqust 2020 09:00 Maraqlı 604
Koronavirus peyvəndi ən azı 2 il infeksiyadan qoruyacaq

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin rəhbəri Aleksandr Qinsburq Qərb həmkarlarının Rusiya peyvəndinə etinasızlıqla reaksiya verməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, alim bunu dərman bazarındakı rəqabətlə izah edib:

“Koronavirusa qarşı Rusiya peyvəndinin tənqidi rəqabətlə əlaqəli ola bilər. Rus mütəxəssisləri tərəfindən yaradılan vaksinlər insanları azı iki il infeksiyadan qoruyacaq”, - mərkəzin rəhbəri qeyd edib.

Rusiyada iki elmi laboratoriya koronavirusa qarşı peyvəndi yaratmaq imkanını açıqlayıb.

Avqustun 11-də Prezident Vladimir Putin şəxsən Vektor Tədqiqat Mərkəzinin peyvəndinin dünyada ilk olaraq qeydiyyatdan keçdiyini və istifadəyə hazır olduğunu elan edib. Filippin və Serbiya liderləri isə Rusiya dərmanını özlərində sınamaq istəklərini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı